|
Ermənistan AŞPA-nın qış sessiyasını boykot etməyə hazırlaşır
“Bizim ”diplomatik mənbələrimiz iddia edir ki, Ermənistanın xarici işlər naziri Avropa Birliyi ölkələri xarici işlər nazirləri ilə AŞPA-nın qış sessiyasının gündəliyinə salınmış “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın artması” adlı məruzəsini neytrallaşdırmaq üçün danışılar aparır”. 
Musavat.com-un məlumatına görə, bu barədə “Aykakan Jamanak” erməni qəzeti yazıb.
Lakin nəşrin bildirdiyinə görə, erməni maraqları əleyhinə olan həmin məruzəni AŞPA-nın qış sessiyanda tam neytrallaşdırmaq mümkün olmayacaq və “sənəddən yalnız antierməni ifadələrini çıxarmağa cəhdlər ediləcək”. 
“Ermənistan nümayəndə heyətinin AŞPA-dakı fiaskosundan sonra XİN-ə bu, necə müyəssər olacaq – anlaşılmır. Bizim bilgilərimizə görə, hakimiyyət AŞPA-nın qış sessiyasını boykot imkanını da nəzərdən keçirir” – qeyd edib erməni qəzeti.
Xatırladaq ki, Böyük Britaniyadan olan deputat Robert Uolterin hazırladığı məruzə artıq AŞPA Siyasi Komitəsində təsdiqlənib. 
Cia.az