|
Kapitanın özünü göstərmək cəhdi baha başa gəldi

İtaliyada 2012-ci ildə qəzaya uğrayan “Kosta Konkordiya” gəmisinin sabiq kapitanı Françesko Skettino ilk dəfə məhkəmə qarşısında ifadə verib.

Skettino səhlənkarlıq ucbatından çoxlu sayda insanın ölümünə səbəb olmaqda ittiham olunur. “Kosta Konkordiya” Cilio adası sahilində saya oturaraq qəzaya uğramış, qəza nəticəsində 32 nəfər ölmüşdü.

Qrosseto məhkəməsi qarşısında çıxışı zamanı Skettino bildirib ki, onun ada sahilinə yaxınlaşmaqda məqsədi sərnişinləri heyrətləndirmək olub. Skettino kommersiya məqsədilə belə bir addım atdığını qeyd edib.

Skettino qəzadan əvvəl moldavalı rəqqasə ilə birgə olub və adaya həddən artıq yaxınlaşmaq qadının diqqətini cəlb etməyə çalışıb. Sabiq kapitan bu ittihamları əsassız adlandırıb.

Rəqqasə məhkəməyə ifadəsi zamanı kapitanla sevgili olduğunu etiraf etmişdi.

Skettinonun təqsiri sübut olunacağı təqdirdə onu azı 20 il azdlıqdan məhrumetmə cəzası gözləyir.

Kapitan qəza zamanı sərnişinlərin həyati təhlükəsini nəzərə almadan gəmini tərk edərək kiçik qayıqla qəza yerindən uzaqlaşmışdı.//Anspress