|
"Bavariya" müdafiəçisi ilə müqavilə yeniləyir

"Bavariya" müdafiəçisi Jerom Boatenqlə müqaviləni yeniləməyə hazırlaşır.

Münhen təmsilçisi 27 yaşlı futbolçuya 3 illik müqavilə təklif edəcək.

Klubla mövcud müqavilə 2018-ci ildə başa çatacaq Boatenq yeni sözləşmə imzalayacağı təqdirdə 2021-ci ilə qədər "Bavariya"da qalacaq.

Qeyd edək ki, cari mövsüm "Bavariya"da 11 oyun keçirən Almaniya millisinin üzvü 2 məhsuldar ötürmə verib. 

Cia.az