|
“Aztelekom”un baş direktoru da saxlanılması barədə xəbər yayılıb

Məhəmməd Məmmədov: "Haqqımda yazılanlar həqiqətə uyğun deyil"

“Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov saxlanılıb.
Etibarlı mənbələrdən Trend-ə verilən məlumata görə, M.Məmmədov da Milli Təhlükəsizlik Nazirliyi ətrafında aparılan istintaq işi ilə əlaqədar saxlanılıb.
Mənbənin verdiyi məlumata görə, onunla bərabər daha bir neçə vəzifəli şəxs saxlanılıb.
BAKU.WS-in məlumatına görə, M. Məmmədov tutduğu vəzifədən azad olunub, ancaq hələ həbs olunmayıb. 
"Aztelekom”un sabiq rəhbəri Məhəmməd Məmmədovla adı çəkilən sayta bildirib ki, haqqında yazılanlar həqiqətə uyğun deyil.
"Mən hazırda iş başındayam. Barəmdə yazılanlar həqiqəti əks etdirmir”, - deyə Məhəmməd Məmmədov bildirib.
Cia.az