|
Əməkdar İncəsənət Xadimi Rəşid Şəfəqin 75 illiyi qeyd ediləcək

Noyabrın 20-da Abdulla Şaiqin mənzil-muzeyində ədibin zəngin irsini öz yaradıcılığında tərənnüm və təbliğ edən tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Rəşid Şəfəqin 75 illiyinə həsr edilmiş yubiley tədbiri keçiriləcək.

Mənzil-muzeydən bildirilib ki, tədbirdə Rəşid Şəfəqin həyatı və yaradıcılığı haqqında çıxışlar olacaq. Rəşid Şəfəqin bəstələri muzeyin əməkdaşlarının ifasında səslənəcək.

Həmçinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasının gənc ifaçıları bəstəkarın A.Şaiqin sözlərinə yazdığı “Ana yurdum – Azərbaycan” kompozisiyasını təqdim edəcəklər.

Cia.az