|
Prezidentlə xanımı Parisdədir -

Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfərə gəliblər. 
Cia.az Azərtac-a istinadən xəbər verir ki, Parisin Orli beynəlxalq aeroportunda dövlət başçısını və xanımını Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. 



Cia.az