|
İnternetin kəsilməsi aeroportun işinə təsir etməyib
“AZAL şirkəti Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tövsiyəsi ilə internetdən istifadədən hələ bir neçə il öncə imtina edib. Ona görə də internet verilişindəki fasilələrin yaranmasının bizim fəaliyyətimizə təsiri yoxdur”.
Bunu virtualaz.org saytına açıqlamasında “Azərbaycan Hava Yolları” (AZAL) şirkəti mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Paşa Kəsəmənskinin sözlərinə görə, həm aviaşirkət, həm də Bakı aeroportu bir müddətdir ki, SİTAR alternativ internet xidmətlərindən istifadə edir.
“Ona görə də ölkədə internetin kəsilməsi nə aeroportun, nə də AZAL şirkətinin fəaliyyətinə təsir göstərməyib. Biz əvvəlki rejimdə işləyirik” - deyə Paşa Kəsəmənski bildirib.
Cia.az