|
Prezident xanımları sərgidə -

Noyabrın 16-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Antalyada “G20”-“Yurd” mədəni ərazisində yaradılan sərgi ilə tanış olub.

Mehriban Əliyevaya, Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğana, Sammitdə iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin xanımlarına sərgi barədə məlumat verilib.

Əvvəlcə qonaqlar türk mətbəxinin nümunələri ilə tanış olublar. Sonra məşhur türk qəhvəsi, onun tarixi və hazırlanması prosesi barədə məlumat verilib.

Daha sonra isti qumda qəhvə hazırlanması prosesi nümayiş olunub. Azərbaycanın birinci xanımına və digər qonaqlara, həmçinin türk şirniyyatlarının hazırlanması və onların tərkibi barədə məlumat verilib.

Bu ərazi Türkiyənin mədəni və tarixi irsini, incəsənətini, adət-ənənələrini “G20” ölkələrinin liderlərinə, Sammitdə iştirak edən digər yüksək vəzifəli şəxslərə və jurnalistlərə təqdim etmək üçün təşkil olunub.

Prezident xanımları sərgidə -  Fotolar
Prezident xanımları sərgidə -  Fotolar
Prezident xanımları sərgidə -  Fotolar
Prezident xanımları sərgidə -  Fotolar
Prezident xanımları sərgidə -  Fotolar
Prezident xanımları sərgidə -  Fotolar
Prezident xanımları sərgidə -  Fotolar
Prezident xanımları sərgidə -  Fotolar
Prezident xanımları sərgidə -  Fotolar
Prezident xanımları sərgidə -  Fotolar

Cia.az