|
Bu adapter smartfonları 10 dəfə daha tez dolduracaq
“Huawei” şirkəti batareyaya zərər vermədən smartfonları olduqca sürətli doldurmağa imkan verən texnologiya təqdim edib.
Telefon adapteri bazara çıxacağı təqdirdə smartfonlar bir neçə dəqiqə içində enerji ilə dolacaq.
Yeni texnologiyanı Yaponiyanın akkumulyator texnologiyaları sərgisində nümayiş etdiriblər. Adapter qurğusu 600-lük batareyanın 68%-ni iki dəqiqəyə doldurur.
“Huawei” şirkəti hesab edir ki, yenilik smartfonlar və noutbuklar sahəsində inqilab edəcək.
Cia.az