Aparıcı Xoşqədəm Hidayətqızı özünü yeni işdə sınayacaq.
O, film çəkməyə hazırlaşdığını bildirib. Bu haqda sosial şəbəkədə yazan X.Hidayətqızı ssenarinin özünə aid olduğunu vurğulayıb:
“Üç aydır ki, başladığım və bitirə bilmədiyim ssenarini dünən başa vurdum. Bir az da film dünyasında fırtınalar qoparacam. Çox məşhur və mənim sevdiyim rejissor da oxusun, fikrini bildirsin. Amma qorxuram ki, beş ildə az qala bütün proqramlar “Səni axtarıram”a bənzəyən kimi bəzi filmlər də aylar sonra mənim ssenarimə oxşasın”.
Qeyd edək ki, türkiyəli müğənni Doğuşla ailəli olan X.Hidayətqızı hazırda ANS telekanalında yayımlanan "Deməsək olmaz" adlı verilişə aparıcılıq edir.
Cia.az
