|
“Qəbələ” yoxlama oyununda 4 qolla qalib gəldi

“Qəbələ” ötən gün yoxlama oyunu keçirib. 
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə məşqlərini Qəbələ şəhər stadionunda davam etdirən “qırmızı-qaralar” U-19-u sınağa çəkib.
Bəzi oyunçular yığmaların düşərgəsində olduğundan və bir neçə futbolçunun zədə üzündən məşqlərə qatılmamağı səbəbindən baş məşqçi Roman Qriqorçuk əvəzedici komandanın üzvlərinə də bu matçda şans verib. 
Hər hissədə 2 qol vuran əsas komanda U-19-u 4:0 hesabı ilə məğlub edib. Flerseku dubl edib. Aleksey Antonovla  Asif Məmmədov isə hərəyə bir dəfə fərlqləniblər.

Cia.az