"Avro-2016"nın final mərhələsinə vəsiqə verən "pley-off"un cavab oyunları davam edir.
Bu gün daha bir qarşılaşma keçiriləcək.
İrlandiya millisi öz meydanında Bosniya və Hersoqavinanı qəbul edəcək. Komandalar arasında keçirilən ilk görüşdə 1:1 hesablı bərabərlik qeydə alınıb.
Xatırladaq ki, Bosniya və Hersoqavina millisinə “Qarabağ”ın qapıçısı İbrahiç Şehiç də dəvət olunub.
16 noyabr
"Avro-2016", pley-off mərhələsinin cavab oyunu
23:45.İrlandiya - Bosniya və Hersoqovina
İlk oyun - 1:1
17 noyabr
Sloveniya - Ukrayna
İlk oyun - 0:2
Danimarka - İsveç
İlk oyun - 1:2
Cia.az
