Rusiya hökuməti Paris teraktından sonra ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.
Rusiya terrorla mübarizə təşkilatı ölkənin müxtəlif ərazilərində strateji məntəqələrdə gücləndirilmiş iş rejiminə keçdiklərini bildirib:
“Dövlət orqanları terrora qarşı mübarizə tədbirlərinin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi addımları atır. Yeni təhdidlər çərçivəsində bütün təhlükəsizlik sistemləri yüksək səviyyəli hazırlıq vəziyyətinə gətirilib”.
Cia.az
