Türkiyənin məşhur aktyoru Engin Akyürek “Televiziya dünyasının Oskarı” olaraq qəbul edilən Emmi Mükafatlandırma Mərasiminin qala gecəsinə qatılacaq.
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor “Kara Para Aşk"serialında canlandırdığı obraza görə “İlin ən yaxşı aktyoru” nominasıyasına namizəd göstərilib.
Qeyd edək ki, mükafatlandırma mərasimi noyabrın 23-ü Nyu Yorkda keçiriləcək.
Cia.az
