Azərbaycan milli incəsənət Muzeyində gürcü rəssamları – Gürcüstan Rəssamlıq Akademiyasının rektoru akademik Qiya Ququşvili və professor Ketevan Matabellinin fərdi sərgisi açılıb.
Cia.az Azərtac-a istinadən xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Milli İncəsənət Muzeyi tərəfindən təşkil edilib.
Açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi, professor Çingiz Fərzəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak ediblər.
Bakıda təşkil edilən sərgidə rəssamın 45 əsəri yer alıb.
Tədbirdə Gürcüstan Rəssamlıq Akademiyanın rektoru, habelə Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü Valeri Asatiani Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Fəxri doktoru” adı verilməsi haqqında diplomlar, habelə Mədəniyyət və Turizm Nazirliyinin təşəkkürnamələri təqdim olunub.
Cia.az
