|
“Silah səsləri eşitdik, yerdə 6-7 cəsəd var idi” -

“Konsert salonuna daxil olan silahlıların üzlərində maska olmadığı üçün çox gənc olduqları aydın görünürdü”.

Bu sözləri “Bataklan” konsert salonunda olan “Europe1” kanalının müxbiri Julien Pierce deyib. Onun sözlərinə görə, konsert əsnasında bir neçə silahlı şəxs salona daxil olub:

“Üzlərində maska olmayan bu şəxslər adamların sıx olduğu yerlərə bir neçə dəfə atəş açdı. Çox gənc idilər və bir neçə dəfə silahlarını yenidən doldurdular.

Partlayışlar baş verən zaman Fransa-Almaniya matçında olan jurnalist isə gördüklərini belə izah edib: “İlk yarıda iki böyük partlayış səsi eşitdik, daha sonra isə növbəti bir partlayış da baş verdi. Oyun heç nə olmamış kimi davam etsə də, biz olanları sosial şəbəkələrdən izləyirdik. Prezident Ollandın stadiondan çıxarıldığını da oradan oxuduq, özümüz heç nə görmədik”.

Ben Qrant həmin saatlarda həyat yoldaşı ilə birlikdə barda olduğunu bildirib: “Silah səsləri eşitdik, qarşımızdakı insanlar yerə yıxıldı, önümüzdəki masanı başımıza sipər edərək qorunmağa çalışdıq. Yerdə 6-7 cəsəd var idi”.
Qeyd edək ki, dünən Fransada baş verən partlayışlarda 150-yə yaxın insan ölüb.

Cia.az