|
Bakı-Paris reysinin həyata keçirilib-keçirilməyəcəyi hələ dəqiq deyil
Bakı-Paris-Bakı reysinin bazar günü həyata keçirilməsi haqqında məlumat günün ikinci yarısında dəqiqləşəcək. Bu barədə Trend-ə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bildiriblər.
Məlumata əsasən, Bakı-Paris reysi bazar günü saat 07:35-ə planlaşdırılıb, Paris-Bakı reysi isə həmin gün saat 19:35-ə planlaşdırılıb. 
Qeyd edək ki, Parisdə ötən günü baş verən atışma və partlayışlar nəticəsində 152 nəfər ölüb. Parisdə hücumlarla əlaqədar fövqəladə vəziyyətin rejimi tətbiq edilib.
Cia.az