Xəzərdə daha bir balıqçı batıb.
Cia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, noyabrın 11-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Pirallahı rayonu ərazisində dənizdə 1 balıqçının batması barədə məlumat daxil olub.
Hava şəraiti əlverişsiz olduğundan axtarışa bu gün Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub.
Cia.az
