|
Arif Məmmədov səfir rütbəsindən məhrum edildi

Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilib.

Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Xatırladaq ki,  İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı səfiri Arif Məmmədov özünü bu il mayın 19-da Bakıdakı yaşayış binasında baş verən və 14 nəfərin ölümü ilə nəticələnən yanğından sonra "yandırıb". A.Məmmədov həmin vaxt diplomat olduğunu unudaraq öz facebook səhifəsində bu yanğına görə hökuməti sərt tənqid etmiş, faktiki olaraq müxalifətə keçmişdi.

Cia.az