|
Dairəyə maşınların girişi dayandırıldı

Nizami rayonu Mikayıl Əliyev küçəsi ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində yerləşən dairədə sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır. 

Cia.az “Azəryolservis” ASC-yə istinadən xəbər verir ki, məhdudlaşdırma dairədə qurum tərəfindən aparılacaq təmir işləri ilə bağlıdır. Təmir işləri çərçivəsində dairənin köhnə asfalt-beton örtüyü qaşınaraq yenisi ilə əvəzlənəcək. İşlərin iki gün ərzində yekunlaşdırılması planlaşdırılır.

Cia.az