|
Çexiya kürd silahlılarına 6 min avtomat və 10 mln patron göndərəcək
Çexiya İŞİD terror qruplaşması ilə mübarizə üçün kürd silahlılarına 6 min avtomat  göndərəcək.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın müdafiə naziri Martin Stropnitski bildirib.
Nazir həmçinin gələn həftə kürd silahlılarına 5 min ədəd qumbara və 10 mln patron göndərəcəyini qeyd edib. 
Kürd silahlı dəstələr üçün nəzərdə tutulmuş yük ABŞ və Britaniya təyyarələri ilə ünvana çatdırılacaq. 
Stropnitski silah-sursatın Suriyaya və ya İraqa göndəriləcəyini dəqiqləşdirməyib. 
Cia.az