|
Ramil Şeydayev qol vurdu, Rusiya ilk qələbəsini qazandı

"Avro-2017"nin seçmə mərhələsində U-21 yığmamızın rəqibi olan Rusiya millisi növbəti matçını keçirib.

Şimal qonşumuz öz meydanında Farer adaları ilə üz-üzə gəlib.

Matç 2:0 hesabı ilə Rusiya millisinin xeyrinə başa çatıb. Görüşdə hesabı əslən azərbaycanlı futbolçu Ramil Şeydayev açıb. O, 54-cü dəqiqədə fərqlənib. Şeydayevi 71-ci dəqiqədə Andrey Panyukov əvəzləyib ki, adı çəkilən futbolçu meydana daxil olduqdan 6 dəqiqə sonra fərqi artırıb.

Qeyd edək ki, bu, Rusiya yığmasının seçmə mərhələdə ilk qələbəsi olub.

Cia.az