Axşam saatlarında ölkənin bəzi bölgələrində başlayan güclü külək ciddi fəsadlara səbəb olub.
Bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, “Azərişığ”ın işçilərinin operativliyi nəticəsində fəsadlar artıq aradan qaldırılır:
“Bu güclü külək Qazax, Ağstafa, Mingəçevir, Şəmkir, Daşkəsən, İsmayıllı rayonlarında elektrik enerjisinin verilişində problemlərə səbəb olub. Belə ki, bir çox yerlərdə irigövdəli ağaclar küləyin şiddətindən işıq xətlərinin, hətta maşınların üstünə aşıblar. Bəzi yaşayış məntəqələri işıqsız qalıb. Amma 2 saat ərzində əksər bölgələrdəki fəsadlar aradan qaldırılıb. Hazırda Samuxda elektrik enerjisinin verilişinin bərpa edilməsi istiqamətində işlər aparılır”.
Cia.az
