Bu ilin yanvar-sentyabr aylarında xaricdən Azərbaycana pul köçürmələri 863 milyon dollar təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı pul siyasəti icmalında bildirilir. Məlumata görə, pul baratlarının ümumi məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 31,9% azdır.
AMB azalmanı İqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyətlə izah edib.
Cia.az
