|
Tanımş musiqiçi konsertindən sonra dünyasını dəyişdi
Dünya şöhrətli amerikalı musiqiçi Alan Tussen 77 yaşında dünyasını dəyişib. 
Müğənni Madriddə konsertindən sonra ürək tutmasından ölüb. “Qremmi” mükafatlı musiqiçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 
Rok-n-roll janrının mahir ifaçılarından olan Alan “The Beatles”, “The Rolling Stones” kimi məşhur qruplarla da əməkdaşlıq edib.
O, 2013-cü ildə incəsənət sahəsindəki fəaliyyətinə görə, ABŞ-ın milli mükafatı ilə təltif olunub.
 
Cia.az