|
İspaniya millisi və "Real"da ciddi itki

İspaniya millisinin və "Real"ın futbolçusu İsko zədələnib.

23 yaşlı yarımmüdafiəçinin əzələsində problem yaranıb. Bu səbəbdən onun İngiltərə və Belçika millisi ilə yoldaşlıq matçlarında oynamayacağı bildirilib.

İskonun La Liqada noyabrın 21-i keçiriləcək "Barselona" ilə oyuna kimi hazır olacağı gözlənilir.

Cia.az