|
9 yaşlı qız özünü öldürdü -

Bakıda azyaşlı intihar edib. 9 yaşlı qız özünü asıb.

Cia.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından ans press-ə verilən məlumata görə, 2006-cı il təvəllüdlü Pərixanım Böyükağa qızı Məmmədova özünü yaşadığı Səbail rayonu, Badamdar Qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən evinin uşaq otağındakı kondisionerin naqilindən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.

9 yaşlı qızın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Cia.az