|
"Azərsu" Bakının mərkəzinə verilən içməli suyu kəsir

Bakının mərkəzində içməli suyun verilməsi dayandırılıb.

"Azərsu" ASC bununla bağlı əhaliyə xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilir ki, Bakı şəhəri Səbayel rayonu Xaqani küçəsində çəkilmiş magistral su xəttinə birləşmələrin verilməsi ilə əlaqədar 11 noyabr 2015-ci il tarixdə gün ərzində Xaqani, Puşkin və Rəşid Behbudov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Cia.az