ABŞ prezidenti Barak Obama LGBT cəmiyyətinin “Out Magazine” jurnalının üz qabığına çəkilən ilk prezident olaraq adını tarixə yazıb.
LGBT cəmiyyətinin 100 ən məşhur insanına həsr olunan jurnalın budəfəki sayında üz qabığına çəkilən Obama “ilin müttəfiqi” adını da alıb.
Beləliklə də Barak Obama LGBT nəşri üçün obyektiv qarşına keçən ilk ABŞ prezidenti olub.
Xatırladaq ki, bu ilin iyununda ABŞ Ali Məhkəməsi bütün ölkə ərazisində eynicinsli nikahların qanuniləşdirilməsi ilə bağlı qərar çıxarmışdı. Lakin məhkəmənin qərarı ölkədə birmənalı qarşılanmamış, etiraz aksiyalarına səbəb olmuşdu.

Cia.az
