Müğənni Emma Ələkbərzadə ötən gün “5/5” verilişinin canlı efirinə qatılmayıb.
Buna səbəb ifaçının anasının səhhətinin qəfil pisləşməsi olub.
Bu haqda aparıcı Zaur Kaml xəbər verib:
“Emma xanım qonağımız olacaqdı. Prodüserimizə zəng edib, ağlaya-ağlaya deyib ki, "Anamın vəziyyəti pisdir. Mərkəzi kliniki xəstəxanaya aparmışıq”. Allah şəfasını versin. Bu əziz gündə gərək belə bir hal yaşamayaydı”.
Qeyd edək ki, ötən gün E.Ələkbərzadənin ad günü idi.
Cia.az
