|
Aquero məşqlərə başladı

"Mançester Siti"nin zədəli futbolçusu Serxio Aquero fərdi məşqlərə başlayıb.

Cia.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçunun İngiltərə Premyer Liqasının 13-cü turunda "Liverpul"a qarşı matça kimi tam hazır olacağı gözlənilir.

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" oyunu noyabrın 21-i keçiriləcək.

Cia.az