|
Burak Yılmazın atası klub məşqçisi oldu
Türkiyənin "Balıkesirspor" klubu bu gün yeni baş məşqçi Fikrət Yılmazla müqavilə imzalayacaq. Musavat.com NTV telekanalına istinadən xəbər verir ki, Türkiyə çempionatının 1-ci liqasında çıxış edən "Balıkəsirspor" "Qalatasaray"ın ulduzu Burak Yılmazın atası Fikrət Yılmazla prinsipial razılıq əldə edib. 
Fikrət Yılmaz 1980-1990-cı illərdə "Altay", "Beşiktaş", "Adanaspor", Antalyaspor", "Tavşanlı Linyitspor" və "Kəmərspor" klublarında oyunçu kimi çıxış edib. 
 
 
 
O, 26 dekabr 2011-ci ilədək 1-ci liqa klubu "Kayseri Ərciyəsspor"u çalışdırıb. 2014-2015-ci il mövsümünün əvvəlində "Orduspor"la bir illik müqavilə imzalayıb. 
Cia.az