|
Qripə qarşı təbii müalicə -

Payız və qış aylarında soyuqdəymə halları qaçılmazdır. Bu halda ilk növbədə həkim qəbuluna düşmək məsləhətdir. Lakin Aile.lent.az soyuqdəymə və qripə qarşı müalicə üçün alternativ təbii yollar haqqında da bəzi məlumatları verir. Sizə təqdim edəcəyimiz qarışıqla soyuqdəymə və qripə qalib gələ bilərsiniz.

 

Ərzaqlar:

Yarım stəkan əzilmiş zəncəfil

Yarım stəkan rəndələnmiş qara turp

Yarım stəkan sarıkök

Yarım stəkan doğranmış ağ soğan

¼ stəkan əzilmiş sarımsaq

2 dənə acı bibər

2 limonun suyu və qabığı

Alma sirkəsi

Bal

Hazırlanması:

Zəncəfil, turp, soğan, sarımsaq, bibər və limonu bir qaba qoyun.

Qabın ¾-ü dolacaq qədər olsun, qab dolanadək isə sirkə tökün.

Qaranlıq otaqda 2-4 həftə saxlayın, ən yaxşı nəticəni 1 ayda ala bilərsiniz.

Qarışım hazır olandan sonra tərəvəzləri süzün və üzərinə bal töküb yeyin. 

Cia.az