|
PKK-dan növbəti xain hücum:

Bu gün Türkiyənin Hakkari vilayətində hərbi karvana silahlı hücum olub.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, silahlı hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin (SQ) zabiti həlak olub.

Hərbi karvana hücum edən şəxslərin PKK-nın üzvləri olduğu bildirilir.

Hücumdan sonra SQ regionda PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Cia.az