|
“Bandotdel” qadını rüsvay edəcəyi ilə hədələyən şəxsi qandalladı

Ağstafa rayon sakini qadını rüsvay edəcəyi ilə hədələyib.

Cia.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Abşeron rayon sakini A.İ-nı (qadın) rüsvay edəcəyi ilə hədələyib ondan 100 manat alarkən Ağstafa rayon sakini Roland Abdiyev tutulub.

Araşdırmalar davam etdirilir.

Cia.az