|
"BP-Azerbaijan"da işçilərin 87 faizi Azərbaycan vətəndaşlarıdır

Hazırda "BP-Azerbaijan" şirkətində 2 900 nəfərə yaxın Azərbaycan vətəndaşı çalışır.

Bunu BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional direktoru Qordon Birrell bildirib.

Onun sözlərinə görə, bu, şirkətin işçilərinin ümumi sayının 87%-i deməkdir.

Q.Birrell qeyd edib ki, onların bir çoxu peşəkar kadrlardır və yüksək vəzifələr tuturlar. Q.Birrell əlavə edib ki, "Şahdəniz-2" layihəsi çərçivəsində 15 mindən çox yerli azərbaycanlılar üçün iş yerləri təmin edilib.

Cia.az