Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü Zaur Paşayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesə hakim Eynulla Vəliyev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı noyabrın 13-ə təyin edilib.
Əvvəllər də məhkumluq həyatı yaşamış Zaur Paşayev Cinayət Məcəlləsinin 177( oğurluq) maddəsi ilə axtarışda olub. O həm də münaqişə zəminində həyat yoldaşının sifətini kəsərək onun sağlamlığına ağır zərbə vurub.
Törətdiyi cinayət əməllərinə görə Zaur Paşayev Cinayət Məcəlləsinin 126.1 ( qəsdən sağlamlığa ağır zərbə vurma) və 177-ci (oğurluq) maddələri ilə ittiham olunur.
Cia.az
