|
"Muğamatım bir dəryadır"

Noyabrın 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Muğamatım bir dəryadır” adlı musiqi təlimi keçiriləcək. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə baş tutacaq tədbir akademiyanın II kurs magistr tələbəsi İlahə İsrafilovanın layihəsi əsasında reallaşacaq.

Bakı Musiqi Akademiyasından bildirilib ki, noyabrın 14-dək davam edəcək təlimdə xanəndə, Xalq Artisti Zümrüd Məmmədova, Əməkdar İncəsənət Xadimi, professor Aydın Əzimov, gənc musiqişünas ifaçılar Fərdin Məmmədli və İlahə İsrafilova iştirak edəcəklər.

Cia.az