Azərbaycanın Özbəkistandakı səfirliyinin və bu onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə noyabrın 13-də Əlişir Nəvai adına Milli Kitabxanada yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun özbək dilində çapdan çıxan “Şah arvadı və cadugər” romanının təqdimatı keçiriləcək.
Tədbirdə Özbəkistanın elm və mədəniyyət xadimləri, yazıçı və şairlər, Azərbaycan ədəbiyyatını sevən oxucular iştirak edəcəklər.
Romanı orijinaldan özbək dilinə ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar çevirib.
“Əmir Teymur” romanından sonra bu əsər Yunus Oğuzun özbək dilində çap olunan ikinci əsəridir.
Yazıçının “Əmir Teymur” romanının Daşkənddə rus dilində də çapdan çıxması gözlənilir.
Cia.az
