Dekabrın 1-də Heydər Əliyev Sarayında Əməkdar İncəsənət Xadimi, bəstəkar Aygün Səmədzadənin “Biri varmış, biri yoxmuş” adlı sənət gecəsi keçiriləcək.
Heydər Əliyev Sarayından bildirilib ki, sənət gecəsində respublikanın bir çox tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcək. Onların ifasında bəstəkarın populyar mahnıları ilə yanaşı, simfonik əsərləri və xoreoqrafik kompozisiyaları təqdim olunacaq. Xalq Artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət kamera orkestri tədbiri daha da rövnəqləndirəcək.
Xatırladaq ki, Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir sıra televiziya layihələrinin ideya müəllifi və rəhbəri olmuş bəstəkar müxtəlif vokal-xoreoqrafik kompozisiyalarla yanaşı, bir çox tanınmış müğənnilərin repertuarında yer alan yüzədək mahnının müəllifidir.
Cia.az
