Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanı Rusiyaya səfərə dəvət edib.
Bu barədə o, İrəvanda həmkarı ilə danışıqların yekununda bildirib.
"Sizi Rusiyaya işgüzar səfərə dəvət edirəm", - deyə o, vurğulayıb.
Rusiyalı nazir əlavə edib ki, görüşdə eləcə də, KTMT, MDB, BMT və ATƏT meydançalarında beynəlxalq münasibətlərə dair məsələlərin geniş spektri müzakirə olunub.
Cia.az
