|
Sergey ​Lavrov erməni həmkarını Rusiyaya dəvət edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanı Rusiyaya səfərə dəvət edib.
Bu barədə o, İrəvanda həmkarı ilə danışıqların yekununda bildirib.
"Sizi Rusiyaya işgüzar səfərə dəvət edirəm", - deyə o, vurğulayıb.
Rusiyalı nazir əlavə edib ki, görüşdə eləcə də, KTMT, MDB, BMT və ATƏT meydançalarında beynəlxalq münasibətlərə dair məsələlərin geniş spektri müzakirə olunub.
Cia.az