|
“Yeni il gecəsində məhəbbət intriqaları”

Noyabrın 21-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında O.Yernevanın pyesi əsasında səhnələşdirilmiş “Yeni il gecəsində məhəbbət intriqaları” tamaşası nümayiş olunacaq.

Teatrdan  bildirilib ki, tamaşada əsas rolları Xalq artistləri Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, əməkdar artist Yevgeniya Nevmerjitskaya, aktyorlar Əsgər Rəhimov, Mədinə Mulayeva ifa edəcəklər.

Səhnə əsəri xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluşunda təqdim olunacaq.

Qeyd edək ki, komediya janrında olan və gözlənilməz sonluqla bitən tamaşa məhəbbətdə yaşın heç bir əhəmiyyət daşımadığından və tənha qalmağın insan üçün müsbət nəticələrin olmamasından bəhs edir.

Cia.az