Dünyaca məşhur ulduz Pamela Anderson ömrünün son 13 ilini Hepatit C-nin müalicəsinə həsr edib.
Aktrisa bu dəhşətli xəstəlikdən xilas olduğunu deyib.
Çılpaq fotosunu paylaşan Pamela bunları bildirib:
“Mən təmizəm. Bu haqda yenicə öyrəndim. Dua edirəm ki, Hepatit C-dən əziyyət çəkən hamı müalicə olunsun”.
Qeyd edək ki, Anderson xəstəliyə 2002-ci ildə yoluxduğunu bildirib. O, virusun ona bir vaxtlar eşq yaşadığı Tommi Lidən keçdiyini etiraf edib. Belə ki, tatu etdirən zaman hər iki məşhura eyni iynədən istifadə olunub.
Cia.az
