Şirvanda bədbəxt hadisə baş verib.
Hadisə Şirvan şəhəri H.Əliyev prospekti 28a, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1986-cı il təvəllüdlü Arzu Mirzəbəy qızı Zeynalova yaşadığı evdə ayağı büdrəyərək yıxılıb. Elə bu vaxt əlindən düşən mətbəx bıçağı onun mədəsinə girib.
Xəsarət alan qadını ailə üzvləri dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparıblar və əməliyyat edilib.
Xəstəxanadan yaralının vəziyyətinin orta ağır olduğunu bildirdilər.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
Cia.az
