|
10 aylıq körpəsi olan gənc qadın itkin düşüb

Zərdab rayon sakini itkin düşüb.

Rayonun Əlvənd kənd sakini, 1984-cü il təvəllüdlü Aynur Daşqın qızı Qasımova noyabrın 6-da saat 13 radələrində evdən çıxıb və geri qayıtmayıb. Onun evdən getməsindən xəbər tutan həyat yoldaşı Məhəbbət Qiyami oğlu Qasımov DİN-in "102" "qaynar xətti"nə və Zərdab Rayon Polis Şöbəsinə müraciət edib.

Polis şöbəsindən  verilən məlumata görə, qadının itkin düşməsi ilə əlaqədər əməliyyat-axtarış qrupu yaradılıb, hazırda axtarışlar davam etdirilir.

Qeyd edək ki, Aynur Qasımovanın 10 aylıq körpəsi var. Körpə hazırda evdədir.

Cia.az