|
Bakı Caz Mərkəzində xeyriyyə konserti

Dekabrın 5-də Bakı Caz Mərkəzində xeyriyyə konserti baş tutacaq.

Axşam.az AFİŞA xəbər verir ki, gecədə İsfar Sarabski, Dilarə Kazımova, Eldar Qasımov, Samir Cavad-zadə və Mikayil Rəfiyev 'Excellent' Music Band-in iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, konsertdə yığılan bütün vəsaitlər B.A.R.S. sahibsiz heyvanlara qayğı yardım fonduna bağışlanacaq.

Saat 20:00-da başlayacaq gecəyə biletlərin qiyməti 20 AZN-dir. Biletləri sifariş etmək üçün (+99455) 220 20 89 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.