|
II İliya İlham Əliyevlə görüşdə Qareci məsələsinə toxundu

Bütün Gürcüstanın katolikos-patriarxı II İliya Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə gürcü yepiskopunun Azərbaycanda dini xidmət keçməsi və David Qareci monastırı məsələlərini qaldırıb.

Patriarx Gürcüstanla Azərbaycan arasındakı münasibətlər çoxları üçün nümunədir.

“Biz hər şeyi edirik ki, Qafqazda sülh olsun. Sizin böyük siyasi fəaliyyət təcrübəniz var. Ümid edirik ki, xalqlarımız sülh içində, qayğısız yaşamaqda davam edəcəklər. Bizim dinlərimiz arasında da çox yaxşı münasibətlər var” - deyə II İliya bildirib.

Bununla belə gürcü din xadimi iki ölkə arasında həll edilməli olan bəzi məsələlərin olduğunu da vurğulayıb: “Məsələn, Rusiya Pravoslav Kilsəsinin öz yepiskopu var. Arzu edərdik ki, gürcülərinki də olsun. Saqarecodakı monastır kompleksi də böyük əhəmiyyətə malik olan məsələdir. David Qareci kompleksinin üç monastırı Azərbaycan ərazisindədir. Bu məsələ sonra həll edilə bilər. Biz Qafqazda sülhə çalışırıq. Lakin bu, həmişə mümkün olmur. Biz Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün pozulmasından narahatıq. Ümid edirik ki, ölkələrimizin ərazi bütövlüyü təmin olunacaq”.

Cia.az