|
ABŞ-ın Azərbaycan səfiri təsdiqlənəcək

Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə “Qafqazinfo”ya müsahibəsində bildirib ki, prezident Barak Obama tərəfindən bu ilin iyul ayında Azərbaycana səfri postuna təyin olunan namizəd Robert Frensis Sekuta yaxın günlərdə təsdiq olunacaq: “Yaxın günlərdə Senatın beynəlxalq komitəsinin toplantısında Azərbaycana təyin olunan səfir təsdiqlənməlidir. Bu ilin sonuna kimi təsdiqlənəcəyi gözlənilir. Bundan sonra səfir öz fəaliyyətinə başlayacaq”.

Senatın iclasının dekabrın 4-də keçiriləcəyi bildirilir.

Qeyd edək ki, təyinata qədər dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekuta 2009-cu ilə kimi Yaponiya və Almaniyada səfir olub.