|
Deputatın mafioz dəstəsi tutuldu:

Rusiyada 500 milyon rubl oğurlayan cinayətkar dəstə yaxalanıb.

Dəstənin rəhbəri Dağıstandan olan deputatdır.

Məlumata əsasən, dəstəyə 6 yerli sakincəlb olunub.

İstintaq materiallarına görə, cinayətkar dəstə Xıdırov tərəfindən 2010-cu ildə yaradılan bu dəstə əsasən iqtisadi cinayətlər törədirmiş.

2011-ci ilin dekabrında cinayətkar dəstə “Naftabank”a basqın edib və oradan 300 milyon rubl dəyərində bankın aktivləri və əmanətçilərin vəsaitləri oğurlanıb.

Banka verilən lisenziyanın geri alınmasından sonra qruplaşma “Əmanətlərin Sığortalanması Agentliyindən” 200 milyon rubldan çox vəsait oğurlayıb.

Hazırda Dağıstan Milli Məclisinin deputatı Eduard Xıdırov və həmin 6 yerli sakinə qarşı cinayət işi qaldırılıb. Rusiya polisi faktla bağlı araşdırmalara başlayıb.

Cia.az